“Polisə dəstək” tələbələri maarifləndirib

26.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Sumqayıt Dövlət Üniversitetində QHT-lərə Dövlət Dəstəyi Agentiliyinin maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilib.

Giriş sözündə universitetin humanitar məsələlər üzrə prorektoru Elmar Xəlilov insan alverinə qarşı mübarizənin gücləndirilməsində təhsil müəssisələrinin rolunun artırılmasının vacibliyini qeyd edib.

Layihənin rəhbəri, “Polisə dəstək” İB-nin sədri Şəmsəddin Əliyev Transmilli Mütəşəkkil Cinayətkarlığın xüsusilə ağır növü sayılan insan alverini doğuran səbəb və şəraitin aradan qaldırılması, qurbanların müdafiəsi və vətəndaş cəmiyyətinin üzərinə düşən öhdəliyin yerinə yetirilməsi ətrafında danışıb. O, vurğulayıb ki, ölkədə bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, profilaktik xarakterli maarifləndirici layihələr genişləndirilir.

Layihə üzrə ekspert Aydın Kərimov isə insan alveri ilə mübarizənin hüquqi əsasları, vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verib. O qeyd edib ki, insan alverinə qarşı effektiv mübarizənin əsas şərtlərindən biri hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarətdir.

Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью