Polisə hücum edən pişiyi həbs etdilər

26.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Tailandın paytaxtı Banqkokda bir polis bölməsinə gətirilən itkin düşmüş pişik, oradakı əməkdaşları cırmaqlayıb və dişləyib.

“Cebheinfo.az” xəbər verir ki, bu səbəbdən pişik zarafat məqsədilə "həbs" olunub. 

Pişiyin pəncələrindən də barmaq izləri götürüldükdən sonra fotosu da çəkilib.Polis əməkdaşı Da Parinda Pakisuk həmin pişiyi evinə apararaq ona müvəqqəti sığınacaq verib.

Pakisuk bu hadisəni “Sadəcə ac idim, heç kimi dişləmək istəmirdim” qeydi ilə paylaşdıqdan sonra pişik sosial mediada məşhurlaşıb.Bunun nəticəsində sahibi onu daha tez tapıb.

Əfsanə
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью