“Polisə ictimai dəstəy”in adı dəyişdirildi FOTO

12.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

“İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəzi normativ sənədlərinin təsdiq edilməsi barədə” DİN Kollegiyasının 2016-cı il 20 aprel tarixli Qərarında dəyişiklik edilib.

Avtosfer.az xəbər verir ki, nazir Vilayət Eyvazovun imzaladığı qərarla həmin sənədin 1.2.1. 1-ci hissəsində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, “polisə ictimai dəstək” sözləri “mülki inspektor” sözləri ilə əvəz edilib.

Bundan başqa, polislə birgə işləyən mülki işçilərin geyim formaları, vəsiqələri və döş nişanlarında da dəyişiklik edilib.

Fotoda: Əvvəlki geyim forması

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью