Polisi görüb pəncərədən tullanan gənc belə öldü ANBAAN VİDEO

14.01.2025

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbulun Küçükçekmece bölgəsində polisləri görərək pəncərədən atılan 19 yaşlı əcnəbi gənc faciəvi şəkildə dünyasını dəyişib.

AzPost xəbər verir ki, hadisə axşam saatlarında Küçükçekmece Mehmet Akif Məhəlləsi Aşık Veysel küçəsində baş verib. İddiaya görə, bir qrup əcnəbi vətəndaş küçədə gedərkən polisləri görüb və qaçmağa başlayıb. Yaşadıqları mənzilə qaçan gənclər polisin onları təqib edərək binaya daxil olduğunu görəndə birinci mərtəbənin pəncərəsindən aşağı atılıb.

Dostları kimi aşağı tullanan 19 yaşlı A.Z. binanın girişindəki dəmir qapının məhəccərinə çırpılıb və hadisə yerində dünyasını dəyişib. Həyatını itirən gəncin cəsədi hadisə yeri araşdırma aparıldıqdan sonra təcili yardımla morqa aparılıb. Hadisə yaxınlıqdakı təhlükəsizlik kamerasına saniyə saniyə düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью