Polisi nokauta göndərən həmyerlimiz hakim qarşısında

27.01.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Sankt-Peterburqda yol polisi əməkdaşına hücum edən Azərbaycan vətəndaşı həbs edilib.

Modern.az xəbər verir ki, Sankt-Peterburqun Krasnoqvardeysk Rayon Məhkəməsi 33 yaşlı Azərbaycan vətəndaşı Mirtohid Həsənovu yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma apararkən yol polisi əməkdaşına hücum etdiyinə görə iki ay müddətinə həbs edib.


Bir neçə gün öncə "Volkswagen Polo" markalı avtomobil dayanmış "Mersedes"ə çırpılıb. "Mersedes"in sərnişini olan Azərbaycan vətəndaşı "Polo"nun ön şüşəsini yumruğu ilə sındırıb və sonra qəza ilə bağlı araşdırma aparan yol polisi əməkdaşını yumruq zərbələri ilə yerə yıxıb.


Zərərçəkən plisə beyin silkələnməsi, göz yuvasının sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hadisə zamanı Azərbaycan vətəndaşının narkotik vasitələrin təsiri altında olduğu bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью