Polisin əməliyyatlarında 49 kq narkotik aşkarlanıb VİDEO

24.04.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. BNMİ-nin əməliyyatları zamanı 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

APA DİN-ə istinadən xəbər verir ki, növbəti tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью