Polisin əmrinə tabe olmayan sürücüyə atəş açıldı ANBAAN VİDEO

29.01.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin İstanbul şəhərində reyd zamanı polisin “SAXLA” əmrinə tabe olmayan sürücü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 26-da İstanbulun Zeytinburnu rayonunun Seyitnizam məhəlləsində baş verib. İstanbul Polis İdarəsinin əməkdaşları şübhə əsasında kirayə olduğu müəyyən edilən avtomobili saxlamalı olublar. Lakin sürücü polis əməkdaşlarının “SAXLA” əmrinə məhəl qoymayaraq sürəti artırıb və nəzarət məntəqəsindən qaçıb.

Hadisə anları ərazidə olan şəxslər tərəfindən qeydə alınıb. Görüntülərdə sürücünün polis xəbərdarlıqlarına baxmayaraq avtomobili sürətlə uzaqlaşdırdığı əks olunub.
Aparılan araşdırmalar nəticəsində avtomobilin qeydiyyat nişanı üzrə sürücünün kimliyi müəyyən edilib və saxlanılaraq polis şöbəsinə aparılıb. Onun verdiyi izahat isə diqqət çəkib. İfadəsində bildirib ki, hadisə zamanı avtomobildə olan qardaşı onu hədələdiyini və polis nəzarətindən yayınmağa məcbur etdiyini bildirib.

Sürücü barəsində yol hərəkəti qaydalarını pozduğuna görə inzibati protokol tərtib edilib, həmçinin araşdırmanın davamı üçün o, məhkəməyə təqdim olunub. Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Eltac Zülfüqaroğlu

Oxunub 0

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью