Polisin həbs etdiyi solçuların Rusiya ilə hansı əlaqəsi var?

30.11.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Sosial şəbəkələrdə Bakıda həbs edilən bir qrup solçu ilə Rusiya kommunistlərinin əlaqəsinə dair müzakirələr davam edir.

"Yeni Sabah" xəbər verir ki, müzakirə iştirakçıları hələ 2025-ci ilin fevral ayında Rusiya Kommunist Partiyasının nümayəndələri İlya Kleymenov və Yekaterina Mironovanın Azərbaycana səfərini xatırladırlar. 

Bakıda olmuş rusiyalı solçu heyət sovet bayraqları ilə qanunsuz mitinq keçirdiklərinə görə saxlanılan şəxslərin iştirakı ilə görüş keçiriblər. 

“Rusiya Kommunistləri”nin sədr müavini İlya Kleymenov vı Yekaterina Mİronova hətta Nəriman Nərimanovun Ev muzeyinə də baş çəkib.

Xatırladaq ki, Bakıda bir qrup şəxs 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqlabının 108-ci ildönümünü qeyd edib.

Daxili İşlər Nazirliyinin müvafiq tədbirləri nəticəsində təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

A.İbrahimli və İ.Əsədli barəsində Nizami Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməkdə ittiham olunurlar.

İbrahim Məmmədov 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью