Polisin təqibi 13 nəfərin xəsarət alması ilə nəticələndi Parisdə

22.03.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa paytaxtı Parisdə polisin təqibi 10-u asayiş keşikçisi olmaqla, 13 nəfərin xəsarət aldığı kütləvi yol-nəqliyyat hadisəsi ilə başa çatıb.

Ölkə.az “İzvestiya”ya istinadən xəbər verir ki, hadisə oğurlanmış avtomobilin sürücüsünün polisin tələblərinə məhəl qoymayaraq qaçmağa cəhd etməsi nəticəsində baş verib.

Lakin qaçış uğursuz alınıb: cinayətkar işıqfora çırpılıb, ardından üç polis maşını da onun maşınına çırpılıb.

Toqquşma zamanı ilk polis maşını oğurlanmış avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində 10-u polis olmaqla 13 nəfər xəsarət alıb. Qaçmağa cəhd edən 3 şübhəli saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью