Polisin təqibi qəza ilə BİTDİ 13 nəfər xəsarət aldı FOTO | Icma.az
Icma.az bildirir, Avtosfer portalına istinadən. Fransada polisin təqibi kütləvi yol-nəqliyyat hadisəsi ilə nəticələnib.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Parisdə baş verib.
Belə ki, oğurlanmış avtomobilin sürücüsü və onun iki sərnişini polisin tələblərinə məhəl qoymayaraq qaçmağa cəhd edib.
Lakin bir müddət sonra maşın işıqforla toqquşub, ardınca da üç polis avtomobili onlara çırpılıb.
Zərbənin təsirindən ilk polis maşını oğurlanmış avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində 10-u polis olmaqla 13 nəfər xəsarət alıb.
Yüngül xəsarətlər alan sürücü və onun iki sərnişini qaçmağa cəhd edən zaman saxlanılıb.
Namiq Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu