Polislər tanınmış müğənnini verilişdən bölməyə apardı VİDEO

28.11.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Space TV"də Tarix Əliyevin (Tolik) aparıcısı olduğu "Tarixin bir günü" verilişində maraqlı anlar yaşanıb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, verilişə dəvət olunan müğənni Pünhan Piriyev efirə gecikib. O, verilişə gəldikdən sonra gecikmə səbəbini avtomobil yollarındakı sıxlıqla əlaqələndirib.

Efirdə reklam fasiləsindən sonra P.Piriyevin telekanala gələrkən qaydalara zidd hərəkətə yol verdiyi məlum olub. Bunu verilişin aparıcı canlı yayımda açıqlayıb. Tarix Əliyev müğənninin yol polisinə qarşı qaydalara zidd davranışı səbəbindən "Space TV"yə polis əməkdaşlarının gəldiyini bildirib.

Pünhan Piriyev baş verən xoşagəlməz olaya elə qonağı olduğu verilişdə aydınlıq gətirib:

"Efirə gecikirdim və yollar bağlanmışdı. Əlimlə işarə etdim ki, yolu açın keçim. Polis məni başa düşmədi, ya da bu hərəkətimi yanlış anladı. Aydınlaşacaq".

Daha sonra aparıcı Pünhan Piriyevin köməkçisinin izahat yazmaq üçün polis bölməyə aparıldığını qeyd edib.

Həmin videogörüntüləri təqdim edirik:


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью