Polisləri raqatka ilə vuran rəis İŞDƏN QOVULDU VİDEO

16.07.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstanın Abay vilayətinin Jarmı rayonu Çarsk şəhərində polis şöbəsinin rəisi Dauren Aljaparov tabeliyində olan işçiləri sapand ilə (“raqatka”) vurub və vəzifəsindən azad olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, polis şöbəsinin müşahidə kameralarına yansıyan bu videolar sosial şəbəkələrdə yayılıb. Videoda formadakı bir kişinin başqalarının dalınca qaçaraq onları sapandla vurduğu görünür.

Abay vilayətinin Polis İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırmaya başlanılıb. İntizam komissiyasının nəticələrinə əsasən, polis rəisi xidməti etika normalarını pozduğuna görə tutduğu vəzifədən azad edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью