Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Politico" qəzeti öz mənbələrinə istinadən yazır ki, Prezident Donald Trampın iqtisadi müşavirləri artıq vəziyyətlə əlaqədar həyəcan təbili çalırlar. Onların xəbərdarlığına əsasən, hökumət uzun müddət fəaliyyətsiz qalarsa, Vaşinqton ümumi daxili məhsulda (ÜDM) hər həftə 15 milyard dollar ziyana düşə bilər.
"Hökumətin bağlanması bircə ay da çəkərsə, 43 min nəfər işsiz qalacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, bu ixtisar ödənişsiz məzuniyyətə çıxarılan, yaxud maaş almadan işləyən 1,9 milyon federal mülki məmuru əhatələmir. Onların 80%-i Vaşinqtonda işləyir", - qəzet yazır.
Ağ Evin mətbuat katibinin müavini Kuş Desai jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, bu vəziyyətin babalı "federal hökuməti, iqtisadiyyatı və bütövlükdə ölkəni öz əsirliyində saxlayan demokratların boynundadır".
Xatırladaq ki, dünən ABŞ federal hökuməti qismən "bağlanıb". Bu, respublikaçılar ilə demokratların büdcə xərcləri üzrə razılığa gələ bilmədikləri üçün baş verib. Bu çərçivədə dövlət təşkilatları öz işini dayandırıb, sosial proqramlar dondurulub, yüz minlərlə dövlət işçisi ödənişsiz məzuniyyətə göndərilib.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. "Hökumətin bağlanması bircə ay da çəkərsə, 43 min nəfər işsiz qalacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, bu ixtisar ödənişsiz məzuniyyətə çıxarılan, yaxud maaş almadan işləyən 1,9 milyon federal mülki məmuru əhatələmir. Onların 80%-i Vaşinqtonda işləyir", - qəzet yazır.