Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AzVision.az xəbər verir ki, Ağ Evin rəsmi saytında yerləşdirilmiş 33 səhifəlik plan Rusiya ilə münasibətlərdə strateji sabitliyin bərpa edilməsinin və “müharibənin gözlənilmədən genişlənməsinin və ya genişlənməsinin qarşısının alınmasının” zəruriliyini vurğulayır.
Vaşinqtonun fikrincə, Rusiya ilə Avropa arasında münasibətlərin normallaşdırılması ABŞ-dən “əhəmiyyətli diplomatik müdaxilə” tələb edəcək.
“Avropa ilə tərəfdaşlıq Amerikanın xeyrinədir və ABŞ Avropaya “indiki trayektoriyasını düzəltməyə” kömək etməlidir. Amerikanın regiondakı siyasətinin prioritetləri arasında Avropanın “heç bir düşmən gücün hökmranlığı olmadan öz müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürərək, öz ayaqları üzərində dayanması və vahid suveren dövlətlər qrupu kimi fəaliyyət göstərməsi” üçün şəraitin yaradılması daxildir”, - sənəddə vurğulanır.
Kreml də, öz növbəsində, ABŞ-nin yenilənmiş strategiyasının danışıqların konstruktiv davamı üçün əsas ola biləcəyini istisna etməyib.
Lakin yüksək vəzifəli avropalı məmurlardan biri ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasının Avropada ciddi narazılıqla və hətta hiddətlə qarşılandığını iddia edib.
“CNN” telekanalının məlumatına görə isə, Avropa liderləri sənəddə ABŞ-nin mövqeyinin sərtləşdirilməsinin Ukrayna ilə bağlı danışıqlara əhəmiyyətli dərəcədə təsir edə biləcəyindən narahat olduqlarını söyləyiblər.
Avropalı mənbələrdən biri Avropa liderləri üçün narahat vaxtın yetişdiyini bildirib.
- ABŞ Avropaya münasibəti sərtləşdiyi bir vaxtda Ukrayna üzrə də sülh danışıqlarını istiqamətləndirir. Rəsmilərin dediyinə görə, bu dəyişikliklərin kritik anda danışıqlara təsir göstərə biləcəyi ilə bağlı narahatlıq artır”, - telekanal vurğulayır.
ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasına görə, Vaşinqton NATO çərçivəsində müdafiə məsuliyyətlərinin əksəriyyətini Avropanın öz üzərinə götürməsini gözləyir.
Sənəddə 20 ildən sonra Avropa İttifaqı (Aİ) rəhbərliyinin və digər fövqəlmilli strukturların təxribatçı siyasəti nəticəsində Avropanın tanınmaz hala düşə və bir sivilizasiya kimi məhvlə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq avropalı məmurarı daha da narahat edir.
Ən əsası isə, ABŞ administrasiyası ayrı-ayrı Avropa ölkələrinin Vaşinqtonun etibarlı müttəfiqi kimi qalmaq üçün kifayət qədər iqtisadi və hərbi potensiala malik olacağına şübhə ilə yanaşır.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Vaşinqtonun fikrincə, Rusiya ilə Avropa arasında münasibətlərin normallaşdırılması ABŞ-dən “əhəmiyyətli diplomatik müdaxilə” tələb edəcək.