Icma.az bildirir, Bizimyol portalına istinadən.
"Report" xəbər verir ki, bu barədə "Politico" Avropa məmurlarına və diplomatlara istinadən məlumat yayıb.
18 səhifəlik sənəddə yer alan və Ukraynanın uzunmüddətli bərpa planına həsr olunan məlumatlara görə, plan 10 il üçün nəzərdə tutulub və Ukraynanın Aİ-yə üzv olmasını tezləşdirməyi hədəfləyir.
Avropa Komissiyası (AK) bu sənədi cümə axşamı Brüsseldə keçirilən liderlər sammitindən əvvəl üzv ölkələr arasında yaymışdı. Bərpa strategiyası atəşkəsin əldə olunmasını nəzərdə tutur, onsuz planın həyata keçirilməsi zəif qalır.
Maliyyə strategiyası 2040-cı ilə qədər nəzərdə tutulub və layihənin başlanması üçün təcili 100 günlük əməliyyat planını özündə birləşdirir. Bununla belə, davam edən döyüşlərin investisiyaların cəlb edilməsini çətinləşdirəcəyi qeyd olunub.
Bərpa planı ABŞ-nin 20 bənddən ibarət sülh təşəbbüsünün bir hissəsidir və Ukraynanın fövqəladə yardımdan davamlı iqtisadi inkişafa keçidinə yönəlib. Sənəddə həmçinin ABŞ-nin təkcə donor kimi yox, həm də strateji iqtisadi tərəfdaş və investorlar üçün etimad dayağı kimi rolu vurğulanıb.
10 il ərzində Aİ, ABŞ və Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da daxil olmaqla beynəlxalq maliyyə institutları Ukraynanın bərpasına 500 milyard dollaradək vəsait yönəltmək niyyətindədirlər. AK 2028-2034-cü illər üçün Aİ büdcəsi çərçivəsində əlavə olaraq 100 milyard avro ayırmağı planlaşdırır, 207 milyard avroya qədər investisiya cəlb etməyə imkan verəcək.