Politico: “Avropalı liderlər “Sülh Şurası” ndan ehtiyatlanır”

22.01.2026

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Avropa liderlərinin tənqidi yanaşmasının mahiyyəti şuranın mandatı barədə qeyri-müəyyənliklə bağlıdır: onun nizamnaməsində Qəzza zolağından birbaşa bəhs olunmur, qurumun özünə isə qlobal münaqişələri həll etmək üçün son dərəcə geniş səlahiyyətlər verilir. Bəzi Avropa ölkələri bunun “Sülh Şurası”nı BMT-yə alternativə çevirə biləcəyindən ehtiyat edir.
Rusiya prezidenti Vladimir Putinin şuranın işində iştiraka dəvət alması avropalı müttəfiqləri xüsusilə təşvişə salıb. Bundan əlavə, əlavə siyasi maneə yaradılaraq daimi üzv olmaq istəyən ölkələrdən ən azı 1 milyard dollar töhfə verməsi tələb olunur.
Hətta İtaliyanın baş naziri Corca Meloni və Polşa prezidenti Karol Navrotski kimi Ağ Evə sadiq liderlər də şübhələrini bildiriblər.
İtaliya mətbuatının məlumatına görə, Corca Meloni Trampla yaxın münasibətinə baxmayaraq, layihədə iştirakdan imtina etməyi düşünür.
Böyük Britaniyanın baş naziri Kir Starmer isə Londonun “hələ şərtləri nəzərdən keçirdiyini”, habelə Vladimir Putinin və Belarus prezidenti Aleksandr Lukaşenkonun şurada iştirakından narahatlığını açıqlayıb.
“Qarşıda çox böyük iş var və bu gün biz imzalayanlar arasında olmayacağıq, çünki biz daha geniş məsələləri həll edən hüquqi sazişdən danışırıq. Həmçinin Putinin hələ də Ukraynada sülhün bərqərar olması ilə bağlı öhdəliklərinə əməl edəcəyinə dair heç bir əlamət görmədiyimiz halda, onun sülh barədə hər hansı bir işə qarışmasından da narahatıq”, - Böyük Britaniyanın Xarici İşlər naziri, öz növbəsində, ölkəsinin “Sülh Şurası”na müsnasibətini vurğulayıb.
Fransa Emmanuel Makronun rəhbərliyi altında şuranın nizamnaməsinin Qəzzanın müzakirəsi çərçivəsindən kənara çıxdığını və BMT-nin nüfuzunu sarsıda biləcəyini əsas gətirərək təklifi rədd edib. Almaniya və Avropa Komissiyası (AK) isə hələlik yekun qərar verməyib.
Polşanın baş naziri Donald Tusk “X” sosila şəbəkəində etdiyi paylaşımda tənqidçilərin ümumi fikirlərini belə yekunlaşdırıb: “Bizimlə heç kimin oynamasına icazə verməyəcəyik”.
“Financial Times” nəşrinin yazdığına görə, Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti “Sülh Şurası”na qoşulmaqdan imtina edib.
Daha əvvəl təxminən 35 ölkənin liderinin ABŞ-nin yaratdığı “Sülh Şurası”nda iştirak edəcəyini təsdiqlədiyi bildirilmişdi.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью