Politico: “Bayden radarlardan itib” KONKRET

10.12.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

ABŞ-nin hazırkı prezidenti  Bayden Donald Trampın  seçkilərdə qalib gəlməsindən sonra işini tərk edib.

KONKRET.az “Politico”ya istinadən xəbər verir ki, Bayden Demokrat Partiyasının nümayəndəsi Kamala Harrisin seçkilərdə məğlub olmasından sonra  “radarlardan itib”: “ Bayden daha 42 gün ABŞ prezidenti olaraq qalır. Bununla belə, Demokrat Partiyasında, Kapitoli təpəsində və hətta öz administrasiyasında o, bir neçə həftə əvvəl oval kabineti tərk etmiş kimi hiss olunur”. Mənbə yazır ki,  Trampın qələbəsindən sonra Bayden daha çox hazırlanmış çıxışları oxuyur, həmçinin jurnalistlərin suallarından yayınır. “Ağ Evdən gələn heç bir rəhbərlik yoxdur. Tam vakuum”, Demokrat Partiyasındakı mənbə jurnalistlərə bildirib. Yeri gəlmişkən, ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью