Politico : Kallas və fon der Leyen arasında gərginlik yaranıb

26.01.2026

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Avropa Xarici Fəaliyyət Xidməti daxilindəki vəzifəli şəxslər arasında yaranan gərginlik böyüyüb

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas qeyri-rəsmi olaraq Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni “diktator” adlandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Məqalədə Avropa Xarici Fəaliyyət Xidməti (EEA) daxilindəki vəzifəli şəxslər arasında yaranan gərginlik qeyd edilib.

"Ursula fon der Leyen və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Cozef Borrell arasındakı münasibətlər son dərəcə pis idi. Onun Kallasla münasibətləri daha da pisləşib. Yaxın Şərq, Şimali Afrika və Körfəz üzrə Baş Direktorluğun yaradılması ilə Kallas Aralıq dənizinə nəzarəti itirib. Bundan əlavə, Avropa Komissiyası EEA daxilində ixtisarlar üzərində işləyir", - deyə məqalədə bildirilib.

Kallasın geri çəkilmədiyi və bir sıra cavab addımları atdığı iddia edilir.

Nəşr yazıb ki, "Kallas qeyri-rəsmi olaraq fon der Leyeni “diktator” adlandırır.

Kallasın ofisi “Politico”nun şərh istəyinə cavab verməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью