Politico: “Trampın Zelenski üçün vaxtı yoxdur”

20.01.2026

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, respublikaçılar partiyasındakı xarici siyasət üzrə ekspertə istinad edən “Politico” nəşrinin məlumatına görə, görüş təşkil etmək niyyətinin olmaması Ağ Evin mövqeyi ilə bağlıdır.
“Zelenski həmişə Trampla görüşməyə üstünlük verir. Çünki Zelenskinin fikrincə, bu görüşlərin faydaları itkilərdən çox olur və o, Trampla əlaqə saxlamasa, bunu başqaları edəcək”, - amerikalı analitik deyib.
Maraqlıdır ki, bundan əvvəl ABŞ prezidenti Davosda Zelenski ilə görüşmək imkanını istisna etməmişdi.
Bu arada “Reuters” agentliyi Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Amerika tərəfi ilə təmaslar üçün DİF-də iştirak etmək niyyətində olduğu barədə məlumat yayıb.
“Axios” portalı Dmitriyevin yanvarın 20-də Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerlə görüşdə Ukrayna üzrə sülh planını müzakirə edəcəyini bildirib.
Danimarka qoşunları Qrenlandiyaya gəlib | VİDEO Bundan əlavə, Donald Trampın Davosda onu Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə sadiq qalmağa inandırmaq niyyətində olan “könüllülər koalisiyası”nda iştirak edən ölkələrin liderləri ilə danışıqlar aparacağı gözlənilir.
Lakin “Financial Times” nəşri Trampın adanın ələ keçirilməsi ilə bağlı bəyanatları və oraya qoşun yeridən Avropa ölkələrinə qarşı tariflər barədə açıqlaması fonunda forum iştirakçılarının diqqətinin Qrenlandiya ətrafındakı vəziyyətə yönəldiyini iddia edir.
- Qrenlandiya böhranı Davos Forumunda “bütün oksigeni bağlaya” və Ukrayna məsələsini arxa plana keçirə bilər. Bunun qarşısını almaq üçün əlimizdən gələni edirik. Ukrayna üçün Davosda əldə edilə biləcək ən yaxşı nailiyyət iqtisadi plan və ya bərpa ilə bağlı bir növ razılaşma olardı”, - Finlandiya prezidenti Aleksandr Stubb, öz növbəsində, vurğulayıb.
Onun sözlərinə görə, Avropa liderləri Qrenlandiya və Ukrayna məsələlərinin bir-birinə bağlanmasının da qarşısını almağa çalışırlar. Stubb bu yöndə ilk addım kimi Qrenlandiya ətrafında ritorikada gərginliyn zəiflədiyini göstərib. Finlandiya prezidenti həmçinin bildirib ki, Avropa İttifaqı ölkələri “Qrenlandiyada təhlükəsizliyi gücləndirmək üçün xüsusilə NATO vasitəsilə proses qururlar”.
Əslində, Aleksandr Stubbun Qrenlandiya ilə bağlı səsləndirilən bəyanatların tonunun mülayimləşdiyi barədə iddiaları heç də inandırıcı görünmür. Belə ki, 100-ə qədər danimarkarlı hərbçinin Qrenlandiyaya gəlməsindən sonra ABŞ prezidenti Donald Tramp “X” sosial şəbəkəsində etdiyi paylaşımda “Danimarka Qrenlandiyadan dərhal rədd olmalıdır” ifadəsini işlədib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью