“Politico”: Ursula Fon der Lyayenin üçüncü müddətə namizəd olmayacaq

17.06.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 iyun, AZƏRTAC

Ursula Fon der Lyayenin 2029-cu ildə Avropa Komissiyasının Prezidentliyinə üçüncü müddətə namizəd olmağı planlaşdırılmır.

AZƏRTAC “Politico”ya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası Prezidentinin aparatının rəhbəri Björn Seibert yüksəkvəzifəli məmurların iştirak etdiyi tədbirdə məlumat verib. Nəşrin yazdığına görə, açıqlama Avropa Komissiyasında planlaşdırılan struktur dəyişikliklərinin Ursula Fon der Lyayenin səlahiyyətlərini daha da artıracağı ilə bağlı narahatlıqları azaltmaq məqsədi daşıyıb.

Nəşr qeyd edir ki, Avropa İttifaqının qaydaları Avropa Komissiyası Prezidentinin vəzifədə qalmaq müddətini məhdudlaşdırmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью