“Politico”: Yens Stoltenberq Donald Trampı NATOnun ABŞ üçün faydalı olduğuna inandıra bilər AZƏRTAC

09.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 dekabr, AZƏRTAC

NATO-nun sabiq baş katibi Yens Stoltenberq ABŞ-ın yeni seçilən prezidenti Donald Trampı Şimali Atlantika Alyansının Vaşinqton üçün faydalı olduğuna inandıra bilər.

AZƏRTAC xəbər verir ki, “Politico” qəzeti bu barədə NATO-dakı yüksəkrütbəli mənbəyə istinadla məlumat yayıb.

Bu səbəbdən ABŞ-ın gələcək liderinin mümkün hərəkətləri ilə bağlı NATO-nun narahatlığı bir qədər azalıb.

Qeyd edək ki, Donald Tramp əvvəlki prezidentlik dövründə NATO müttəfiqlərini ABŞ-ın alyansdan çıxa və üzv ölkələrə hücum zamanı qarşılıqlı yardımı nəzərdə tutan 5-ci maddə üzrə öhdəliklərindən imtina edə biləcəyi ilə hədələyirdi. İndi isə o, Senatın təsdiqi olmadan Birləşmiş Ştatların NATO-dan çıxmasını qadağan edən qanun layihəsinin təşəbbüskarı - senator Mark Rubionun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью