Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Venesueladan ibrət dərsi götürməyən Xameneinin sona qədər dirənəcəyi görünür
Türkiyə siyasi ekspertlərinin bir hissəsi ABŞ-ın eyni vaxtda bir neçə bölgədə hərbi fəallıq göstərməsini səhv addım hesab edir. Onların fikrincə, bu siyasət Amerikanın gücünü zəiflədəcək.
Politoloq Vasif Əfəndiyev isə “Sherg.az”a açıqlamasında bildirib ki, ABŞ-ın hazırkı siyasətinin əsas məqsədi Rusiya və Çinin hərəkət imkanlarını məhdudlaşdırmaqdır. Onun sözlərinə görə, Vaşinqton birbaşa böyük müharibə aparmaq istəmir:
“ O, regional münaqişələr və müttəfiqlər vasitəsilə təzyiq göstərməyi üstün tutur.İrana dəfələrlə xəbardarlıq edərək antibəşəri rejimi dəyişməyi tələb edib.Hazırda Amerikanın hərbi maşını İran sahillərində cəmləşir. Venesueladan ibrət dərsi götürməyən Xameneinin sona qədər dirənəcəyi görünür. Ukrayna müharibəsi Rusiyanı həm hərbi, həm də iqtisadi baxımdan zəiflədib.Bu, ABŞ üçün mühüm strateji qazancdır.Eyni zamanda Sakit okean bölgəsində Çin əleyhinə qurulan ittifaqlar Pekinin təsir dairəsini daraldır. ABŞ avtoritar rejimlərin güclənməsinin qarşısını almağa çalışır. Bunun üçün yalnız silahdan deyil, sanksiya və texnoloji məhdudiyyətlərdən də istifadə edir. Bu təzyiqlər həmin rejimlərin daxili sabitliyini zəiflədir. Amerika müttəfiqləri ilə yükü bölüşərək hərəkət edir. Bu isə onun xərclərini və risklərini azaldır. Nəticədə ABŞ-ın bir neçə cəbhədə fəaliyyəti səhv yox, planlı və hesablanmış strategiyadır”.