Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İlham İsmayıl: “Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil”Ermənistan və Azərbaycan arasındakı dəhlizin idarə olunması üzrə ABŞ tərəfindən rəsmi İrəvana təklif daxil olub.
Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu təsdiqləyib. Baş nazir deyib ki, hazırda təklifi müzakirə edirlər.
Paşinyan təklifin maraqlı səsləndiyini söyləsə də, hələlik razılaşma olmadığını bildirib: "Çox vaxt beynəlxalq tərəfdaşlarımız dəhliz deyəndə, biz bir az diksinirik.
Onlar da təəccüblənirlər ki, biz nə dedik ki? Halbuki, bütün dünya hər yerdə dəhliz axtarır və s.
İndi hər dəfə dəhliz deyəndə, problem yaranır, bəs onlar hansı dəhlizi nəzərdə tuturlar, bu dəhlizi, yoxsa o birini?
Məsələn, Ermənistanın Şimal-Cənub yolu necə adlanır, bilirsinizmi?
Ermənistanın rəsmi sənədlərində bu yol "Şimal-Cənub nəqliyyat dəhlizi" adlandırılır".