Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Pakistan baş nazirinin ölkəmizə səfəri artıq son 1 ildə ikinci rəsmi səfər kimi qiymətləndirilir.
Onun COP29-da iştirakını və Azərbaycan Prezidentinin Pakistana səfərini nəzərə alsaq, son 1 ildə artıq hər iki ölkə liderləri 5 görüş keçiriblər.
Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.
Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyan, ərazilərimizin işğaldan azad olunmasında çox ciddi siyasi və mənəvi bir ölkə kimi tarixə keçib.
Azərbaycan xalqı da Pakistanın bu mövqeyini hər zaman qiymətləndirir, doğma hesab edir".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"İki ölkə arasında son illər investisiya qoyulması ilə bağlı iqtisadi məsələlər də ciddi şəkildə müzakirə edilir.
Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollarlıq investisiya qoyması, neft və qeyri-neft sektoru da müzakirə edilir.