Politoloq: Fransa qlobal məkanda mövqelərini sürətlə itirir | Icma.az
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Fransanın yeni dünya düzənində yerininin necə olacağını bilmək üçün mövcud dünyadakı yerinə diqqət yetirmək kifayətdir.
Fransa vaxtı ilə dünyanın 5 hegemon dövlətindən biri idi. Bu gün sadəcə formal olaraq elə qəbul edilir, çünki çöküş yaşayır.
Fransa qlobal məkanda mövqelərini sürətlə itirir, müstəmləkəçilik siyasətindən məhrum qalır.
Makron hakimiyyəti çöküşü sürətləndirən ən önəmli amildir"Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"Fransa bu dövrdə Afrikadakı mövqelərini itirdi. Afrika Fransanın mövcudluğunu təmin edən əsas faktor idi.
Fransa iqtisadiyyatı qitədə insanların zəhmətinin və sərvətinin talanması hesabına inkişaf edirdi.
Afrika Fransa üçün ucuz xammal qaynaqları idi. İndi həmin qaynaqlar əldən çıxır və Fransa iqtisadiyyatına ağır zərbələr vurur.
Tam oxu
Xəbəri oxu