Icma.az bildirir, Sherg.az portalına istinadən. Beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir və nüvə gücləri arası
Bunu TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
O bildirib ki, dünyada münaqişələrin artması və geosiyasi rəqabətin güclənməsi fonunda böyük dövlətlər arasında, o cümlədən nüvə dövlətlərinin iştirakı ilə şiddətli toqquşma riskləri artır.Sergey Şoyqunun bu bəyanatı beynəlxalq siyasətdə hazırkı gərgin vəziyyətin ciddiliyini vurğulayır.
O, xüsusilə böyük dövlətlər arasındakı geosiyasi rəqabətin artmasını və bunun nüvə gücləri arasında potensial toqquşma risklərini yüksəltdiyini bildirir.Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, nüvə məsələsi dünyada hər zaman aktual mövzu olub:“Nüvə silahından istifadə edilməsi və nüvə toqquşması dünya İkinci Dünya müharibəsindən sonra dünya siyasətinin ən aktual mövzularından birinə çevrilib.
Hazırda dünyada qlobal gərginlik artdıqca bu mövzu yenidən öz aktuallığına qayıdır.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun verdiyi açıqlamalar da buna işarədir.
Nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatlarının yeni seçilən prezidenti Donald Trampın ötən gün Rusiyanı təhdid və tənqid edən açıqlaması oldu.
Belə ki, Ukraynadakı müharibənin dayandırılmadığı təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı xəbardarlıq etdi.