Icma.az, Sherg.az saytına istinadən bildirir. İrəvan yaxşı başa düşür ki, İranın Ermənistan sevgisinin kökündə gizli planları dayanır“İndi E
Ermənistan Türkiyəyə daha çox etibar edir, nəinki İran və Rusiyaya...”"İranın xarici işlər naziri hər şeyi bildiklərini açıqladı və İranın E
Bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib.
O iddia edib ki, söhbət Zəngəzur dəhlizindən gedir: "İnanıram ki, bu, Paşinyanın ideyasıdır.
Yəni Paşinyan buranı türk-azərbaycanlı qardaşlarımızla bölüşmək qərarına gəlib.
O, azərbaycanlıların burada yaşaması üçün danışıqlar aparır, ermənilərin getməsindən isə söhbət gedə bilməz, ona görə də Ermənistan hakimiyyətinin yerinə türk vassallarını görürük.
İran varsa, hansısa təhlükəni zərərsizləşdirə bilərdik, ancaq indiki hökumət İranın müdaxiləsinə imkan verməyəcək".
Baqratyan deyib ki, azərbaycanlılar yalnız Zəngəzurla kifayətlənməyəcək, Bakının hədəfi Qərbi Azərbaycandır: “Bu 2,8 milyon insan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə danışacaq şəxslər seçməli və onlardan neçəsinin kəndə, neçəsinin şəhərə gələcəyinə qərar verilməlidir.