Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Ermənistanın sülhdən başqa çıxış yolu qalmayıb.
Çünki indiyə qədər ABŞ və Qərbdən aldığı vədlər reallıqla uyğunlaşmayıb.
Paşinyan hakimiyyətinin umduğu hərbi-siyasi dəstək əslində Ermənistana göstərilməyib.
Sadəcə növbəti bəyənatlar və dəstək manipulyasiyaları müşahidə olunub.
Ermənistana külli miqdarda maliyyə dəstəyi və ən müasir silahların təminatını lazımdır".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"Digər yandan son vaxtlar Ermənistanın himayədarlarının da hərəkətlərində fərqli nüanslar müşahidə olunmağa başlayıb.
Çünki ABŞ və Avropa arasında fikir ayrılıqları mövcuddur. Bu iki lider gücün hazırda başı başqa məsələlərə qarışıb".O bildirib ki, Tramp adm
Bu da Ermənistanı ciddi şəkildə narahat edir. Belə situasiyada Ermənistanın sülh barədə düşünməkdən başqa çarəsi qalmır.