Polkovnik Arif Paşa: Mən əsgərlərimlə hər dəfə ölüb dirilmişəm

11.10.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Səhhətimlə bağlı ciddi müalicə alıram, hazırda Azərbaycandayam. Heç yerdə çalışmıram”.

Bunu Musavat.com-a açıqlamasında Laçın alayının komandiri, istefada olan polkovnik Arif Paşayev deyib.

O bildirib ki, müalicəsini Türkiyədə davam etdirib:

“Azərbaycanda müalicəm səhv aparılmışdı. Sonradan Türkiyədə davam etdirdim və müalicənin istiqamətini dəyişdilər. Nikbin insanam. Xəstəlik məni bədbinləşdirmir. Mən əsgərlərimlə hər dəfə ölüb dirilmişəm. Əsgərimin əzalarını əlimlə yığmışam. İndi görün insan hansı hissi keçirər. Amma inanıram ki, bütün hallarda ümidi itirmək, bədbinləşmək olmaz”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью