Polkovnik leytenant haqda Yeni qərar

23.03.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb.

“Qafqazinfo”nun məlumatına görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, polkovnik-leytenant cinayət baş verən dövrdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şöbə rəisi işləyib. O, təqaüdə çıxandan 4 ay sonra həbs edilib.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью