Polkovnik leytenantla bağlı qərar verildi KONKRET

23.03.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb.

KONKRET.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, polkovnik-leytenant cinayət baş verən dövrdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şöbə rəisi işləyib. O, təqaüdə çıxandan 4 ay sonra həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью