Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 22 noyabr, AZƏRTAC 2025-сi ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsində m
Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 1,3 milyard manat çoxdur.
Bu barədə AZƏRTAC-a müsahibə verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını təqdir edib.
O, bunu zəruri edən amillərə toxunaraq deyib: “Azərbaycanın müdafiə xərclərinin artırılması, hər şeydən əvvəl, dövlətimizin təhlükəsizliyi ilə bağlıdır.
2020-ci ilin payızında Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatsa da, erməni faşizminə ağır zərbə vurulsa da, ölkəmizə qarşı müəyyən təhdidlər davam edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev də də öz çıxışlarında deyib ki, bu gün də Ermənistanla yanaşı, bəzi məkrli qüvvələr, Fransa kimi dövlətlər Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsində maraqlıdır.
Bu məqsədlə də anti-Azərbaycan qüvvələr, imperialist güclər Ermənistana çoxlu silah-sursat, raket sistemləri verir, onu hər vasitə ilə müharibəyə hazırlamağa çalışırlar.
Ermənistan Fransa ilə yanaşı, Hindistan və digər dövlətlərdən də müəyyən hərbi texnikalar alır.