Polkovnik Şirvanov azadlığa buraxıldı

16.10.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Müdafiə Nazirliyindəki 160 milyonluq yeyinti ittihamı ilə 5 illik məhkum edilmiş polkovnik Mahir Şirvanov azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yerli məhkəmə belə qərar qəbul edib.

Mahir Şirvanovun cəzasının çəkilməmiş 5 ay 12 günü şərti hesab edilib. Polkovnik qərar çıxan kimi saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Hakim qərarını məhkumun cəzasının 3/4 hissəsini çəkməsi, islah olması ilə əsaslandırıb.

Qeyd edək, polkovnik Şirvanov Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi olub. 2022-ci ilin əvvəlində həbs edilib.

Xatırladaq ki, polkovnik bu ilin əvvəlində vaxtından əvvəl azadlığa çıxmaq istəyi ilə məhkəməyə müraciət etmişdi. Lakin onun həmin vaxt qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilmişdi. 

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью