Polkovnikin rəhbərlik etdiyi qurum da ləğv edildi

27.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, federasiya ləğv olunub.

Bildirilir ki, muxtar respublikada Azərbaycan Karate Federasiyanın nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri isə Nəriman Quliyev təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci il mart ayının 15-də yaradılıb. Federasiyaya Naxçıvan Muxtar Respublikasının bir müddət əvvəl ləğv edilən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi polkovnik Nurlan Pənahov rəhbərlik edirdi.

Xatırladaq ki, noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью