Polkovniklər həbsdən buraxıldı | Icma.az
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri polkovnik Rəhim Laçınov ev dustaqlığına buraxılıb.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.
Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.
Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər.
Onlar mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma cinayətlərində ittiham edilirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu