Polşa 1 milyard dollarlıq zirehli maşınlar almağı planlaşdırır

18.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Polşa təxminən 4,3 milyard zlotı (1 milyard dollardan çox) dəyərində 80 ədəd “Rosomak” zirehli döyüş maşınları alacaq. İmzalanmış müqavilə çərçivəsində zirehli döyüş maşınlarının 2027-2028-ci illərdə tədarükü planlaşdırılır.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Bu gün biz 80 ədəd “Rosomak” alırıq, iyulda 58 ədəd sifariş edilib. 2024-cü ildə 130 “Rosomak-L” zirehli döyüş maşını alınıb”, - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью