Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən il Silahlanma Agentliyi ümumi dəyəri 100 milyard zlotidən çox olan 100-ə yaxın müqavilə imzalayıb
Polşanın ötən il imzaladığı silah müqavilələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin Silahlanma Agentliyinin rəhbəri Artur Kuptel deyib.
Kuptel bildirib ki, "2025-ci ildə Silahlanma Agentliyi ümumi dəyəri 100 milyard zlotidən (27,9 milyard dollardan çox) çox olan 100-ə yaxın müqavilə, eləcə də mövcud müqavilələrə onlarla əlavə müqavilə imzalayıb".
O qeyd edib ki, "bunlar Polşa Silahlı Qüvvələrinin qurudan dənizə, havadan kosmosa qədər bütün mümkün əməliyyat sahələri ilə əlaqəli xərclər” olub.
Agentliyin rəhbəri Polşa istehsalçıları ilə bağlanmış müqavilələr arasında Borsuk piyada döyüş maşınlarının, MikroSAR peyklərinin, Tarantula kəşfiyyat robotlarının və s. alınmasını qeyd edib.
Xarici müqavilələr arasında xüsusən də Amerika AGM-88G AARGM və AIM-120D3 AMRAAM raketlərinin alınması, eləcə də "yeni elektron müharibə sistemlərinin, müxtəlif köməkçi avadanlıqların və müxtəlif növ və kalibrli silahların alınması" yer alır.