Polşa 3 rus diplomatı “persona non grata” elan etdi

12.05.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Krakovdakı Baş Konsulluğunun üç diplomatı "persona non-qrata" elan edilib.

"Unikal" xəbər verir ki, Polşa Xarici İşlər Nazirinin müavini Henrika Moşiska-Dendis jurnalistlərə bildirib.

"Baş konsulluğun diplomatik əməkdaşları ölkəmizdə olması arzuolunmaz şəxslər kimi tanınıb", - o, bildirib. 

Mayın 12-də Polşanın xarici işlər naziri Radoslav Sikorski  Polşanın Krakovdakı Rusiya Baş Konsulluğunu bağladığını açıqlayıb. Onun sözlərinə görə, bu qərarın Rusiya tərəfinin “təxribat aktı”na görə qəbul edildiyi bildirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью