Polşa Almaniyadan yenidən təzminat tələb etdi

29.06.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polşa Almaniyadan İkinci Dünya müharibəsi qurbanları üçün yenidən təzminat tələb edir.

Axar.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

“Varşava nasist işğalı qurbanlarına illik təxminən 2300 avro məbləğində təzminat tələb edir. Hazırda ödəniş almaq hüququ olan sağ qalan polyakların sayına (təxminən 50 000) əsasən, Almaniya hökumətinin xərcləri 300 milyon avroya çata bilər.

Almaniya əvvəllər Polşanın təzminat tələblərini dəfələrlə rədd etmişdi, çünki güzəştlərin İkinci Dünya müharibəsi zamanı zərər çəkmiş digər ölkələri də oxşar ödənişlər tələb etməyə vadar edəcəyindən ehtiyat edirdi”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью