Polşa Avropadakı Rusiya konsulluqlarının bağlanmasına çağırır

12.10.2026

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşa Avropadakı Rusiya konsulluqlarının bağlanmasına çağırır


Polşa xarici işlər naziri Radislav Sikorski Avropa ölkələrini hibrid hücumları ilə bağlı Rusiya konsulluqlarını bağlamağa çağırdı. Oxuməni.az xəbər verir ki, diplomat bunu Financial Times qəzetinə müsahibəsində bildirib.

Sikorski həmçinin Avropa müttəfiqlərini Rusiya diplomatlarının vəzifədə olduqları ölkələrə sərbəst səyahət etmələrini qadağan etməyə və Polşanın etdiyi kimi, Rusiya səfirlikləri və konsulluqlarında işçilərin sayını ümumiyyətlə azaltmağa çağırıb", - deyə nəşr bildirir.

Bundan əlavə, Polşa naziri Avropa Birliyi ölkələrinə daxil olan bütün Rusiya vətəndaşlarından biometrik pasport daşımalarının tələb olunduğunu bildirib və rusiyalılara verilən AB turist vizalarının sayını azaltmaq çağırışlarını dəstəkləyib.

Əvvəllər Sikorskinin Varşavadakı Rusiya səfirliyinin köçürülməsi ilə bağlı qətnamə qəbul edən ölkə Seyminin qərarını bir daha tənqid etdiyi bildirilirdi. O, belə bir addımın ölkələr arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olacağını bildirib.

Əziz MUSTAFA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью