Polşa Azərbaycana yeni hərbi attaşe təyin etdi

30.07.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin rəsmi "X" səhifəsində paylaşım edilib.

Məlumata görə, bu vəzifəyə polkovnik Arkadiuş Şlenjek təyin edilib.

"İyulun sonunda Polşanın Azərbaycandakı səfirliyində müdafiə məsələləri üzrə attaşe vəzifəsində dəyişiklik oldu. Polkovnik Robert Rusak Azərbaycandakı missiyasını başa vurub, onun səlahiyyətlərini isə polkovnik Arkadiuş Şlenjek üzərinə götürüb", - deyə paylaşımda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью