Polşa baş naziri: Makron Donaldların əlini sıxmaqda çətinlik çəkir

13.12.2024

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Polşanın baş naziri maraqlı açıqlamasıyla gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk zarafatla Fransa prezidenti Emmanuel Makronun Donaldların əlini sıxmaqda çətinlik çəkdiyini bildirib.

“Donaldlarla əl sıxmaq adətən kifayət qədər çətin işdir” -deyə, Tusk ingilis dilində "X"-də yazıb. Nəşrin altında Polşanın baş naziri dekabrın 12-də Varşavada danışıqlardan əvvəl Makronla əl sıxışmasının videosunu yerləşdirib. Orada Tusk Fransa liderini salamlayaraq qol güləşi imitasiyası edib, daha sonra dostcasına onun sinəsinə zərbələr endirib.
Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью