Polşa Belarus kriptovalyuta birjasına qarşı sanksiyalar tətbiq etdi

13.11.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Polşa ERPBEL-ə (BYNEX kriptovalyuta birjasının operatoru) qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər və İdarəetmə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, 2021-ci ildə şirkət Belarusun dövlətin nəzarətində olan ən böyük bankı olan Belarusbank ilə əsas tərəfdaşlıq əlaqələri qurub.

"Yüksək Texnologiyalar Parkının Belarus hakimiyyətindən birbaşa asılılığını nəzərə alsaq, onun strukturunda fəaliyyət göstərən təşkilatların, o cümlədən ERPBEL-in birbaşa Belarus dövlət qurumlarının nəzarəti altında olduğunu etiraf etmək lazımdır", –  şirkətin sanksiya siyahısına əsaslandırmasında vurğulanıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью