Polşa Belarusla sərhəddəki bufer zonasının fəaliyyət müddətini uzadıb

03.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 iyun, AZƏRTAC

Polşa hakimiyyəti Belarusla sərhəd boyunca yaradılmış bufer zonasının fəaliyyət müddətini daha 90 gün uzadıb.

AZƏRTAC Belarusun Belta informasiya agentliyinə istinadla xəbər verir ki, bununla bağlı qərarı Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski imzalayıb. Qərara əsasən, bufer zonası 31 avqust 2026-cı ilədək qüvvədə qalacaq.

Məlumata görə, 2024-cü ildə yaradılan bufer zonası Belarusla sərhədin 60 kilometrdən çox hissəsini əhatə edir və sərhəd təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью