Polşa Belarusu Rusiya ilə birgə təlimlərə görə xüsusi tədbirlərlə hədələyib | Icma.az
Icma.az, Operativ MM portalına istinadən məlumat verir. Polşa “Qərb-2025” Rusiya-Belarus hərbi təlimlərinə görə Belarusa qarşı “xüsusi tədbi
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Task bildirib.
“İstisna etmirəm, amma gələn həftə daha çox deyəcəyəm ki, Belarus tərəfinin təxribatları təkrarlanarsa, biz Belarusa qarşı xüsusi tədbirlər tətbiq edəcəyik”,- deyə o, qeyd edib.
Task “Zapad-2025” təlimlərini Polşaya hücum təlimi hesab edir.
Sentyabrın 12-dən 16-dək Belarus ərazisində Rusiya-Belarus birgə “Zapad-2025” təlimləri keçiriləcək.
Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, Belarus-Rusiya birgə “Zapad-2025” təlimləri yalnız müdafiə məqsədi daşıyır.
Onun sözlərinə görə, təlimlərdə İttifaq dövlətinə qarşı yönəlmiş potensial təcavüzün dəf edilməsi ssenarisi tətbiq olunacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu