Polşa buna görə Ukraynaya etiraz etdi

21.12.2024

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Polşa Ukrayna ordusuna məxsus zirehli texnikaların üzərində ultra sağçı təşkilat UPA-nın bayrağına görə rəsmi Kiyevə etiraz edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazir vəziyyəti aydınlaşdırmaq üçün təcili olaraq Varşavadakı Ukrayna hərbi attaşesi ilə əlaqə saxlamaq tapşırığı verib.
Qeyd edək ki, UPA İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasının dəstəyi ilə Ukraynada qurulan ultra-millətçi silahlı birləşmədir. Təşkilatın məqsədi ölkədə yaşayan ruslara, polyaklara, yəhudilərə və digər etnik azlıqlara qarşı müxtəlif qırğınlar törətmək olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью