Icma.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, Polşa prezidenti Karol Navrotski belə deyib.
“Nüvə silahına sahib olmaq və Nüvə Paylaşımına qoşulmaq polyakların təhlükəsizliyi üçün yaxşı həll yolu olardı. Mən Polşanın təhlükəsizliyinin təminatı üçün mümkün olan hər şeyi etməyə borcluyam”, - Karol Navrotski vurğulayıb.
Onun sözlərinə görə, Polşanın potensial nüvə silahı münaqişə və ya təcavüz riskini artırmayacaq, əksinə, bu ölkənin təhlükəsizliyini gücləndirəcək.
Qeyd edək ki, Nüvə Paylaşımı proqramı çərçivəsində ABŞ-nin nüvə silahları Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə yerləşdirilib. ABŞ-dən başqa, Fransa və Böyük Britaniya kimi NATO ölkələri də öz nüvə silahlarına malikdir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. “Nüvə silahına sahib olmaq və Nüvə Paylaşımına qoşulmaq polyakların təhlükəsizliyi üçün yaxşı həll yolu olardı. Mən Polşanın təhlükəsizliyinin təminatı üçün mümkün olan hər şeyi etməyə borcluyam”, - Karol Navrotski vurğulayıb.