Polşa döyüş hazırlığı vəziyyətinə keçib

20.11.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Polşada yerləşdirilən “Patriot” zenit-raket kompleksləri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Modern.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlayıb.

Nazirin sözlərinə görə, buna səbəb Rusiyanın noyabrın 19-dan 20-nə keçən gecə Ukraynaya genişmiqyaslı raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməsidir.

Hücum zamanı Kiyev, Lvov və Ukraynanın digər bölgələri hədəfə alınıb. Rusiya qüvvələri qanadlı və ballistik raketlərdən, eləcə də yüzlərlə drondan istifadə edib.

Kosinyak-Kamış bildirib ki, hücum zamanı iki Rusiya raketi və ehtimalən bir reaktiv mühərrikli dron Polşanın hava məkanını pozaraq ölkə ərazisinə düşüb. Onlardan birinin X-101 qanadlı raketi olduğu müəyyənləşdirilib.

Yaranmış vəziyyətlə əlaqədar Jeşuv və Şvidnik ətrafında yerləşən “Patriot” sistemləri, həmçinin digər hava hücumundan müdafiə vasitələri aktivləşdirilib.

Nazirin sözlərinə görə, hadisə nəticəsində Polşada xəsarət alan olmayıb və kritik infrastruktura ziyan dəyməsi barədə məlumat daxil olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью