Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Polşa rekord sayda əhalinin azalması ilə üzləşib. Sentyabr ayında ölkə əhalisi bir il əvvələ nisbətən 165 min nəfər az olub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Statistika İdarəsinin (CSOP) məlumat yayıb.
Qurumun hesablamalarına görə, sentyabr ayının sonunda Polşanın əhalisi 37,212 milyon nəfər olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 165 min, 2025-ci ilin sonu ilə müqayisədə isə 121 min nəfər azdır.
Bu dövrdə ölkədə 176 000 uşaq dünyaya gəlib ki, bu da 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6 000 azdır.
Bu müddət ərzində təbii səbəblərdən əhalinin azalması 305 000 nəfər təşkil edib ki, bu da bir il əvvəlkindən 3 000 nəfər çoxdur.
Hesabatda bildirilir ki, 2025-ci ilin yanvar ayından sentyabr ayının sonuna qədər Polşada ölüm sayı doğum sayından 121 000 nəfər çox idisə, 2026-cı ilin eyni aylarında bu rəqəm 129 000-ə yüksəlib.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin