Polşa ərazisində nüvə silahlarının yerləşdirilməsini istəmir

27.08.2026

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşa öz ərazisində nüvə silahlarının yerləşdirilməsini istəmir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Polşa müdafiə nazirinin müavini Pavel Zalevski deyib.

O, ölkəsinin NATO-nun nüvə çəkindiriciliyinə aid edilməsini istədiyini, lakin bunun Polşa ərazisində nüvə başlıqlarının yerləşdirilməsi mənası vermədiyini bildirib və Polşanın bunu arzulamadığını vurğulayıb.

Nazir müavini əlavə edib ki, rəsmi Varşava ölkədə ABŞ hərbi mövcudluğunun artırılmasında maraqlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью